“4 komandanın hamısı bir-birindən güclüdür”
11.03.2014 - 11:20
“4 komandanın hamısı bir-birindən güclüdür”

“Bakıda keçiriləcək “Dördlər finalı” indiyədək çıxış etdiyimiz analoji turnirlər sırasında ən çətini olacaq. Çünki 4 komandanın hamısı bir-birindən güclüdür. Əvvəlki “Dördlər finalı”nda bir klub digəri ilə müqayisədə daha üstün olmurdu”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank” voleybol klubunun baş məşqçisi Covanni Quidetti deyib.

 

İtaliyalı mütəxəssis martın 15-16-da Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. Yarışın son mövsümünün finalında “Rabitə”yə qalib gələn Quidetti bu dəfəki oyunların heç də asan olmayacağını bildirib.

 

“Vakıfbank”ın çalışdırıcısı həlledici mərhələdə oynayacaq “Rabitə” “Dinamo” (Kazan) və “Əczaçıbaşı”nın (İstanbul) heyətini də müqayisə edib: “Rabitə” çox güclü komandadır. Onlar həlledici mərhələyə ev sahibliyi etməsəydilər belə “Dördlər finalı”na yüksələ bilərdilər. Kazan “Dinamo”su da əla kollektivə malikdir. Sadəcə, Yekaterina Qamova deyil, digər mövqelərdə də voleybolçular bir-birindən güclüdürlər. Təbii ki, yarımfinalda qarşılaşacağımız “Əczaçıbaşı”nın da gücü hamıya məlumdur. Son illərdə gördüyüm ən çətin “Dördlər finalı” olacağını indidən söyləyirəm”. 

0