“Azərbaycanda hər şey günbəgün yaxşılığa doğru dəyişir”
24.06.2014 - 12:16
“Azərbaycanda hər şey günbəgün yaxşılığa doğru dəyişir”

“Rabitə” ilə yeni müqavilə bağlamağım yeni titullara hesablanıb”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin polşalı voleybolçusu Katarjina Skovronska deyib.

 

Ulduz oyunçu vətənində verdiyi müsahibəsində Azərbaycan və Bakı klubu barədə danışıb. O bildirib ki, ölkəmizdə özünü çox yaxşı hiss edir və yeni mövsümün hazırlığına avqustda başlayacaqlar: “Azərbaycanda hər şey günbəgün yaxşılığa doğru dəyişir. Çempionat yüksək səviyyədə keçirilir. Azərbaycanlılar coşqun millətdir. Yeni mövsüm üçün rahatam. Avqustda yenidən bir araya gəlib, ilin hazırlığına start verəcəyik. İnanıram ki, mövsüm uğurlu alınacaq”.

 

Qeyd edək ki, 2013/2014 mövsümündə “Rabitə” ilə Azərbaycan çempionu və Çempionlar Liqasının bürünc medalını qazanan Skovronsk yeni ildə də Bakı klubunun şərəfini qoruyacaq. 

0