“Dinamo” rəqibini güclü təzyiq altında saxlamağı bacaran komandadı. Kazan klubu bunu topu oyuna daxiletmə və blok sayəsində gerçəkləşdirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət “Lokomotiv” klubunun baş məşqçisi Fransua Salvaqini deyib.
Çempionlar Liqasının I turunun Kazan “Dinamo”su ilə oyunundakı 1:3 hesablı məğlubiyyətə şərh verən mütəxəssis rəqib voleybolçuların fərdi ustalığını xüsusi qeyd edib: “Səfər matçlarında “Dinamo”nun qarşısını almaq çətin olur. Əgər çox yaxşı oynamasan, rusiyalıların blokunu yara bilməzsən. Onlar topu yaxşı ram edib, hücumlara başlayır. Hesab edirəm ki, Antonella Del Kore fərqli bir oyunçudu. O, həmişə yaxşı oynayır və bu dəfə də matçın sonunda qeyri-adi ustalıq nümayiş etdirdi. Biz 4-cü setdə rəqibə çata bilərdik. Lakin Antonella ustalığını ortaya qoyub, bizə mane oldu”.
Qeyd edək ki, “Dinamo” “Lokomotiv”i 3:1 (25:21, 23:25, 25:22, 25:22) hesabı ilə məğlub edib.
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər