Bu gün qadın həndbolçular arasında “Çelenc Cup”ın III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən ABU Bakıda Belçika çempionatının gümüş medalçısı “Femina Vize” ilə üz-üzə gəlib.
Görüş təmsilçimizin 26:16 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində 8 oyunçu qol sevinci yaşayıb. ABU-nun və ümumilikdə oyunun ən çox qol vuran həndbolçusu Marta Abbasova olub. O, rəqib qapıçını 6 dəfə məyus edib.
Günel Əliyeva, İranə Qasımova və Yana Qornak hərəyə 4 dəfə, Anastasia Metelska 3, Anna Həmidova və İnara Yusibova hərəyə 2, Oksana Orexova isə bir dəfə fərqlənməyə imkan tapıb.
Rəqibin heyətində isə ən çox qolu Sesil Buxard vurub. O, qapıçımızı 5 dəfə məyus edib.