[b]5 nəfər hərəyə 5 dəfə[/b]
14.11.2016 - 00:00
[b]5 nəfər hərəyə 5 dəfə[/b]

Bu gün qadın həndbolçular arasında “Çelenc Cup”ın III təsnifat mərhələsinin cavab matçı keçirlib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən ABU Bakıda Belçika çempionatının gümüş medalçısı “Femina Vize” ilə üz-üzə gəlib.

 

24:20 hesabı ilə qalib gələn təmilçimizin heyətində 10 nəfər qol vurub ki, İranə Qasımova, Yana Qornak və Anastasia Metelska hərəyə 5 dəfə fərqləniblər. Rəqibin heyətindən də ən çox qol vuran həndbolçular 5 dəfə qapıçımızı məyus edib. Fin Buns və Mauren Racz bunu bacara biliblər.

 

Qeyd edək ki, bu qələbə ilə təmsilçimiz turnirin 1/8 finalına yüksəliblər.