[b]“Azərbaycan bu cəhətdən turnirdəki bütün komandalardan daha üstündür” – Feliks Koslovski[/b]
25.09.2017 - 22:53
[b]“Azərbaycan bu cəhətdən turnirdəki bütün komandalardan daha üstündür” – Feliks Koslovski[/b]

“Düşünürəm ilk setdə əla oynadıq. Hətta deyərdim ki, hazırkı səviyyəmizdən çox daha üstün çıxış etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə Almaniya milli komandasının baş məşqçisi Feliks Koslovski deyib.

 

Azərbaycan və Gürcüstanın birlikdə təşkil etdikləri qadınlar arasında Avropa çempionatının A qrupunda millimizlə qarşılaşan və 1:3 hesabı ilə uduzan “bundestim”in çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb.

 

O, millimizi çox yüksək dəyərləndirib: “Bugünkü oyundan çox şadam və gəlcəyə ümidlə baxıram. Problem isə rəqibin daha təcrübəli olmasında idi. Onların oyunçuları – Rəhimova, Məmmədova artıq 2017-ci ildə Avropa çempionatında oynamışdılar. Bizim indiki heyətimizdən 4-5 voleybolçu heç vaxt Avropa səviyyəsində çıxış etməyib. Buna görə də iki komanda arasındakı təcrübə fərqi olduqca böyükdür. Bundan əlavə, onlarda top qəbulu ən üst səviyyədədir, hətta deyərdim ki, turnirdəki bütün komandalardan daha üstündülər. Rəqib bu gün öz səviyyəsini göstərdi”.

0