[b]“Azərreyl” CEV kubokuna da gedə bilmədi - YENİLƏNİB[/b]
27.01.2016 - 23:40
[b]“Azərreyl” CEV kubokuna da gedə bilmədi - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Bakının “Azərreyl” klubu son tur çərçivəsində Almaniya “Ştutqart”ı ilə üz-üzə gəlib.  

 

Hər iki komanda üçün mühüm əhəmiyyət daşıyan qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb. Belə ki, "Azərreyl" istənilən hesabla qalib gələcəyi halda mübarizəni CEV kubokunda davam etdirmək şansı qazanacaqdı.

 

Ancaq voleybolçularımızın qələbə üçün gücü çatmayıb. Hər üç setdə rəqibinə ciddi müqavimət göstərən komandamız sonda məğlubiyyətlə barışmalı olub. Nəticədə 1 tur Çempionlar Liqası ilə vidalaşan "Azərreyl" qitənin ikinci dərəcəli klub turnirinə də yollana bilməyib

 

VI tur

27 yanvar

A qrupu

“Ştutqart” (Almaniya) - “Azərreyl” (Azərbaycan) - 3:0 (25:21, 25:23, 25:22)

Hakimlər: Flipp Şürman (Lixtenşteyn), Saşa Stanisiç (İsveçrə)

Ştutqart, ŞARRena

 

 

1

Dinamo

6

5

1

15-5

481-410

15

2

Lokomotiv

6

4

2

14-8

521-460

12

3

Ştutqart

6

2

4

6-13

391-356

6

4

Azərreyl

6

1

5

6-15

431-498

3

0