[b]“Bakı klubuna ikinci matçda da böyük hesabla qalib gələcəyik”[/b]
11.02.2017 - 17:59
[b]“Bakı klubuna ikinci matçda da böyük hesabla qalib gələcəyik”[/b]

“Son 2 dəqiqədə meydanda oldum. Görüşün axırı çox gərgin idi”. Apasport.az saytının məlumatına görə, Polşanın “Kram Start Elblaq” klubunun həndbolçusu Alisya Klarkovska deyib.

 

Gənc qapıçı “Çelenc Cup”ın 1/8 finalında Bakının ABU klubu ilə ilk görüş barədə danışıb. 20 yaşlı polşalı bildirib ki, Azərbaycan çempionu ilə matç onun avrokubokda debütü ilə əlamətdar olub: “Bu səviyyəli yarışda ilk oyunum idi. Sevincimi sözlə ifadə etmək mümkün deyil. Amma çox həyəcanlanırdım. Meydana daxil olanda 6 top irəlidə idik. Bilirdik ki, qarşıdakı 2 dəqiqədə uduzmayacağıq. Hətta top fərqini də artırdıq, 10-a çatdırdıq. Bu, az deyil. Fikrimcə, bu gün keçiriləcək ikinci oyunda da böyük hesabla qalib gələcəyik”.

 

Qeyd edək ki, ABU ilk oyunda 23:33 hesabı ilə uduzub.