Qadın voleybolçular arasında Çempionlar Liqasında IV turun matçları keçirilir. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Azərreyl”in rəqibləri – “Fənərbaxça” (Türkiyə) ilə “Dabrova Qornitsa” (Polşa) üz-üzə gəliblər.
Matç İstanbul təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb. “Fənərbaxça” 3:0 (25:15, 25:20, 26:24) hesabı ilə qalib gəlməklə, liderliyini möhkəmlədib. Bu qələbə onların pley-off mərhələsinə vəsiqəsini də təmin edib.
|
1. |
Fənərbaxça (Türkiyə) |
4 |
4 |
0 |
12-1 |
323-243 |
12 |
|
2. |
Azərreyl (Azərbaycan) |
3 |
2 |
1 |
6-5 |
226-251 |
6 |
|
3. |
Dabrova Qornitsa (Polşa) |
4 |
1 |
3 |
5-10 |
329-346 |
3 |
|
4. |
Sen-Rafael (Fransa) |
3 |
0 |
3 |
2-9 |
225-263 |
0 |
Qeyd edək ki, “Azərreyl” 4-cü matçına bu gün çıxacaq. Komandamız Bakıda “Sen-Rafael”i sınağa çəkəcək.