[b]“Lokomotiv” çətin durumda: Daha bir voleybolçu qovuldu[/b]
11.01.2016 - 11:49
[b]“Lokomotiv” çətin durumda: Daha bir voleybolçu qovuldu[/b]

Bakının “Lokomotiv” voleybol klubunda vəziyyət gündən-günə pisləşir. Apasport.az saytının məlumatına görə, maliyyə durumu heç də yaxşı olmayan komanda hazırda cəmi 8 voleybolçu ilə məşqlərini davam etdirir.

 

Buna “dəmiryolçular”ın qeyri-peşəkar addımları səbəb olub. Belə ki, az öncə italiyalı baş məşqçisi Fransua Salvaqnini postundan uzaqlaşdıraraq, onun həmyerlisi Karlo Parisini bu posta təyin edən “Lokomotiv” daha bir əcnəbini vətəninə yola salıb.

 

“Legionerlər komandası” bu dəfə mövsümün startında böyük ümidlərlə transfer etdiyi amerikalı Kanani Danielsonun “qələmini qırıb”. Artıq çəkiyə görə Yaponiya “Toyota”sının vidalaşdığı 26 yaşlı hücumçu Bakı klubuna xeyir vermədən ölkəsinə dönüb.

 

Ondan əlavə, Brenda Kastilyo Dominikan Respublikasının, Özge Kırdar Çemberci Türkiyə millisinin düşərgəsinə yollandığından bu günlərdə “Lokomotiv”ə qoşulacaq. Həmçinin, Azərbaycan yığmasının aparıcı blokçusu Ayşən Abduləzimova da çiynindəki zədədən əziyyət çəkdiyindən tam gücü ilə məşq edə bilmir.

 

Məhz bu səbəblər “Lokomotiv”in Bakıda hazırlıq keçən Rusiya “Proton”u ilə qarşılaşmada da özünü açıq-aşkar göstərib. “Telekom”un hər 2 görüşdə məğlub etdiyi Saratov klubu Parisinin yetirmələrini məyus edib – 3:1, 3:2.

 

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında da təmsil edən “Lokomotiv” büdcəsinə görə digər klublarımızı qabaqlayır. 

0