[b]“Məqsədimiz Bakıda olduğu kimi, 3:0 hesablı qələbədi”[/b]
21.02.2017 - 12:00
[b]“Məqsədimiz Bakıda olduğu kimi, 3:0 hesablı qələbədi”[/b]

“Həmişə olduğu kimi, yenə hər şey özümüzdən asılıdı. Çox gözəl başa düşürük ki, hər 2 matçda qələbə qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Ximik” klubunun voleybolçusu Yoanna Voloş deyib.

 

27 yaşlı toppaylayıcı Çempionlar Liqasında “Telekom”la V turun oyununu şərh edib. O bu gün Şetsində keçiriləcək qarşılaşmada yalnız qələbə barədə fikirləşdiklərini açıqlayıb: “Qrupdan çıxmağı düşünürüksə, maksimum nəticə əldə etməliyik. “Telekom”la oyunu səbirsizliklə gözləyirik. Məqsədimiz Bakıda olduğu kimi, yenə də 3:0 hesablı qələbədi”.

 

Qeyd edək ki, Polşa çempionu ilə “Telekom”un oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.