[b]“Neftçi” “Kürdəmir”ə rəqib oldu[/b]
10.06.2014 - 18:00
[b]“Neftçi” “Kürdəmir”ə rəqib oldu[/b]

Kişi voleybolçular arasında Azərbaycan çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə 6 komanda 2 qrupa bölünüb.

 

Püşkatmanın nəticəsinə əsasən “Neftçi”, “Naxçıvan” və “Kürdəmir” A, “Masallı”, “Sumqayıt” və Fövqəladə Hallar Nazirliyinin komandası (FHN) B qrupunda mübarizəni davam etdirəcəklər. Qruplarda ilk 2 yerin sahibləri isə yarımfinala yüksələcəklər.

 

Oyunların təqvimi

 

11 iyun

15:30. “Masallı” - “Sumqayıt”

17:00. “Naxçıvan” - “Kürdəmir”

18:30. “Masallı” - FHN

20:00. “Neftçi” - “Kürdəmir”

 

12 iyun

12:30. FHN - “Sumqayıt”

14:00. “Neftçi” - “Naxçıvan”

 

Yarımfinallar

15:30. A2 - B1

17:00. A1 - B2

 

13 iyun

15:30. 3-cü yer uğrunda

17:00. Final

 

Qeyd edək ki, daima “yenilikləri” ilə diqqət çəkən Azərbaycan Voleybol Federasiyası bu dəfə də ənənəsinə sadiq qalıb. Qaydalara əsasən qrupda 3, yarımfinallarda və finalda isə 5 setin yekununda qaliblər müəyyənləşəcək. 

0