Kişi voleybolçular arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Naxçıvanda keçirilən qarşılaşmalarda yenə bütün görüşlərdə 1 komanda xal qazanıb.
Belə ki, ilk günün qalibləri – “Lokomotiv”lə “Naxçıvan”ın duelindən “dəmiryolçular” 3 xalla ayrılıb. “Neftçi” ilk “quru hesablı” qələbəsini qazandığı halda, MOİK “Sumqayıt”dan güclü olub.
II tur
“Lokomotiv” – “Naxçıvan” - 3:1 (25:16; 25:22; 18:25; 25:21)
“Neftçi” – “Nəqliyyatçı” - 3:0 (25:14; 25:16; 25:14)
MOİK – “Sumqayıt” – 3:0 (25:14; 25:18; 25:12)
|
|
O |
Q |
M |
S |
X |
|
“Neftçi” |
2 |
2 |
0 |
6-0 |
6 |
|
“Lokomotiv” |
2 |
2 |
0 |
6-1 |
6 |
|
“Naxçıvan” |
2 |
1 |
1 |
4-3 |
3 |
|
MOİK |
2 |
1 |
1 |
3-3 |
3 |
|
“Nəqliyyatçı” |
2 |
0 |
2 |
0-6 |
0 |
|
“Sumqayıt” |
2 |
0 |
2 |
0-6 |
0 |
Qeyd edək ki, ilk dövrə Naxçıvan Olimpiya Kompleksində keçirilir. Sabah çempionatda III turun oyunları baş tutacaq.