[b]“Telekom” Rusiya klubuna gücünü göstərdi[/b]
09.01.2016 - 10:42
[b]“Telekom” Rusiya klubuna gücünü göstərdi[/b]

Bakıda təlim-məşq toplanışında olan Rusiyanın qadın voleybolçulardan ibarət “Proton” klubu ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə 4 yoxlama matçı keçirməyi planlaşdıran Saratov təmsilçisi ilk sınağında Super Liqanın potensial lideri “Telekom”la üz-üzə gəlib.

 

İlk setdə qonaqlar qalib gəlsə də, Zoran Qayiçin taktiki gedişləri sayəsində oyunda dönüş yaratmaq mümkün olub. Bakı klubu bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb – 21:25, 25:19, 25:21, 25:21.

 

Oyunun qəhrəmanı isə komandamızın kapitanı Ana Kliger (Əzimova) olub. O, matçı 22 xalla tamamlayıb. Qonaqların heyətində də kapitan - Anna Makarova daha çox xal qazanıb. O, 20 dəfə fərqlənib.

 

“Telekom”un heyətinfə Olena Həsənova 15, Kseniya İvanoviç 14, Yelizaveta Səmədova 13, Qabriela Koeva 9, Lusi Mulsteynova 5 xal əldə edib. “Proton”da çıxış edən Azərbaycan millisinin hücumçusu Anastasiya Qurbanova iki setdə əvəzetmələrlə meydanda olub. 1-ci və 4-cü setdə şans qazanan təmsilçimiz cəmi 1 xalla komandasına kömək edib.

 

Qeyd edək ki, “Telekom”la “Proton” arasında ikinci qarşılaşma bu gün baş tutacaq.

 

0