[b]“Zəiflər” başlayır, Azərbaycan klubları gözləyir[/b]
17.10.2016 - 18:44
[b]“Zəiflər” başlayır, Azərbaycan klubları gözləyir[/b]

Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının 2016/2017 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk təsnifat mərhələsində 4 klub mübarizə aparacaq.

 

Qarşılaşmalardan biri Kosovoda, digəri Estoniyada olacaq. Hər 2 cütün iştirakçıları qitənin ən nüfuzlu klub turnirində debüt edəcəklər.

 

1-ci təsnifat mərhələsi

20:00. “Kohila” (Estoniya) - “Luka” (Monteneqro)

21:00. “Drita” (Kosovo) - “Maritsa” (Bolqarıstan)

 

Qeyd edək ki, ümumilikdə 30 komandanın qatılacağı Çempionlar Liqasına Bakının “Azərreyl” və “Telekom” klubları qrup mərhələsindən start verəcəklər. Qrup mərhələsinə kimi isə 3 təsnifat mərhələsi olacaq.

0