[b]Yenilik: Azərbaycan çempionatında videotəkrardan istifadə olunacaq[/b]
17.02.2017 - 14:22
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında yenilik tətbiq ediləcək. Apasport.az saytının məlumatına görə, oyunlarda videotəkrardan istifadə olunacaq.
Bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası verib. Yenilik 2017/2018 mövsümündən tətbiq olunacaq.
Qeyd edək ki, indiyədək videotəkrardan əsasən beynəlxalq yarışlarda istifadə olunub.
0
0