Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova yeni mövsümdə legioner həyatı yaşamağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsində özünü yaxşı tərəfdən göstərən “Telekom”un hücumçusuna artıq 2 ölkədən 3 təklif var.
Belə ki, İtaliyanın “Modena” klubu təmsilçimizin xidmətində maraqlıdı. A seriyasını ikinci yerdə başa vuran komandanın oyunçumuzla danışıqlara başladığı da bildirilir.
Türkiyədən isə “Seramiksan”la “Beylikdüzü” Səmədova ilə güclənmək niyyətindədi. Hazırda istirahətdə olan Azərbaycan çempionunun bu klublar arasında seçim edəcəyi gözlənilir.