Kişi basketbolçuların Avroliqa turnirində pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə iki görüş keçirilib.
"Olimpiakos"u qəbul edən "Jalgiris" növbəti qələbəsini qazanaraq, seriyanı 3:1 öndə bitirib və adını "Dördlər finalı"na yazdırıb. Litva təmsilçisi sonuncu dəfə 1999-cu ildə Avropanın ən güclü 4 klubu sırasında özünə yer tapmışdı.
Günün ikinci matçında isə "Baskoniya" "Fənərbaxça"nı qəbul edib. Səfərdə rəqibindən üstün olan İstanbul klubu "son dördlüy"ə vəsiqəni təmin edib.
Avroliqa
Pley-off
"Jalgiris" (Litva) - "Olimpiakos" (Yunanıstan) - 101:91
Seriyada hesab: 3-1 ("Jalgiris" "Dördlər finalı"na yüksəlib)
"Baskoniya" (İspaniya) - "Fənərbaxça" (Türkiyə) - 83:92
Seriyada hesab: 3-1 ("Fənərbaxça" "Dördlər finalı"na yüksəlib)
Qeyd edək ki, Avroliqanın "Dördlər finalı" 18-20 may tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək.