Milli Basketbol Assosasiyasının (NBA) çempionatında pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Son çempion “Qolden Steyt” “San-Antonio”dan üstün olub. Qərb konfransında oynanılan bir digər görüşdə isə “Nyu-Orlean” səfərdə “Portlend”ə qalib gəlib.
Şərq konfransının lideri “Toronto” da pley-offa qələbə ilə start verilib. Kanadalılar “Vaşinqton”u məğlub edərək, seriyada önə keçiblər. “Mayami”ni qəbul edən “Filadelfiya” isə asanlıqla qələbə qazanıb.
NBA
Pley-off, ilk tur
Şərq konfransı
“Toronto Reptors” – “Vaşinqton Vizards” – 114:106
“Toronto”: İbaka (23 xal, 12 ribaund, 1 assist, 2 blok)
“Vaşinqton”: Voll (23 xal, 15 assist, 3 ribaund, 4 top oğurlama, 2 blok)
Seriyada hesab: 1-0 (“Toronto Reptors”)
“Filadelfiya 76ers” – “Mayami Hit” – 130:103
“Filadelfiya”: Redik (28 xal, 2 ribaund, 1 assist, 1 top oğurlama), Simmons (17 xal, 14 assist, 9 ribaund, 2 blok)
“Mayami”: Olinik (26 xal, 7 ribaund, 2 assist, 1 blok)
Seriyada hesab: 1-0 (“Filadelfiya 76ers”)
Qərb konfransı
“Qolden Steyt Vorriorz” – “San-Antonio Spörs” – 113:92
“Qolden Steyt”: Tompson (27 xal, 2 ribaund, 2 assist, 1 top oğurlama), Dürant (24 xal, 8 ribaund, 7 assist, 2 top oğurlama)
“San-Antonio”: Qey (15 xal, 6 ribaund, 2 assist, 2 top oğurlama)
Seriyada hesab: 1-0 (“Qolden Steyt”)
“Portlend Treyl Bleyzers” – “Nyu-Orlean Pelikans” – 95:97
“Portlend”: MakKoullum (19 xal, 2 ribaund, 2 assist, 3 top oğurlama), Lillard (18 xal, 7 ribaund, 7 assist, 2 top oğurlama)
“Nyu-Orlean”: Deyvis (35 xal, 14 ribaund, 1 assist, 4 blok, 2 top oğurlama)
Seriyada hesab: 1-0 (“Nyu-Orlean”)