Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Fuad Ağayevə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz “Çelenc Cup”ın 1/16 final mərhələsində iş başında olacaq.
Belə ki, Ağayev Krasnodar şəhərində qadın voleybolçular arasında keçiriləcək “Dinamo” (Rusiya) – “Qraz” (Avstriya) matçında baş hakim funksiyasını yerinə yetirəcək. Yanvarın 12-də olacaq görüşdə Ağayevə almaniyalı Matias Evald köməklik edəcək.
Bu komandalar arasında keçirilən ilk matçda krasnodarlılar 3:2 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, Ağayev bu mövsüm kişi voleybolçular arasında keçirilən “Çelenc Cup”da da referilik edib.