[b]Alla Həsənova yenidən meydana qayıdır[/b]
22.01.2018 - 13:42
[b]Alla Həsənova yenidən meydana qayıdır[/b]

Voleybol üzrə qadınlar və kişilər arasında I Liqa yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, 19 komandanın iştirak etdiyi birincilikdə 10 kişi, 9 qadın klubu mübarizə aparacaq.

 

Voleybol Mərkəzində ilk olaraq meydançaya “Azərreyl-1” – “Xətai”  komandaları çıxıblar. “Azərreyl-1” ilk görüşdən 3:0 hesabı ilə qalib ayrılıb.

 

Bu oyundan sonra I Liqanın rəsmi açılış mərasimi təşkil olunub. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov və AVF-nin vitse-prezidentləri iştirak ediblər. Komandalar meydançaya dəvət edildikdən sonra 1 dəqiqəlik sükutla 20 yanvar şəhidlərinin xatirəsi anılıb. Daha sonra çıxış edən AVF-nin vitse-pezidenti Vaqif Əliyevə Azərbaycan voleybolunun uğurlarından danışıb və I Liqa yarışlarını açıq elan edib.

 

Açılış mərasimdən sonra kişi komandalarından ATU - “BOS-Şelf”  qarşılaşıb. Görüş 3:1 hesabı ilə ikincilərin xeyrinə başa çatıb. “Şəki” - “İqtisadçı” komandalarının görüşündə isə qalib tay-brekdə müəyyənləşib. “İqtisadçılar” rəqiblərini 3:2 hesabı ilə məğlub ediblər.

 

Günə qadın voleybolçulardan ibarət UNEC – “Gəncə” matçı ilə yekun vurulub. Oyunda birincilər 3:0 hesabı ilə qələbə qazanıblar.

 

Qeyd edək ki, I Liqada yarışacaq “Baku Stars” karyerasını başa vurmuş veteran voleybolçulardan təşkil olunub. Komandanın heyətində yığmanın sabiq üzvlərindən Alla Həsənova, Yelena Parxomenko, Şəfəq Kərimova kimi tanınmışlar yer alıb. 

0