Sabah qadın voleybolçular arasında Çempionlar Liqasında V turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, meydana çıxacaq Azərbaycan klubları üçün bu görüşlər mühüm əhəmiyyət kəsb edəcək.
Belə ki, V turun ilk oyun günündə Bakı təmsilçiləri “Azərreyl”lə “Lokomotiv” bir-birinə rəqib olacaq. Bu qarşılaşmada qalib gələcək kollektivin yoluna davam edəcəyi proqnozlaşdırılır. Məğlubiyyət Bülənt Karslıoğlunun yetirmələrinə başa gələ bilər. Çünki ilk qarşılaşmada da “Lokomotiv”lə bacarmayan “dəmiryolçular” bu dəfə də eyni aqibəti yaşayarlarsa, CEV kubokuna getməkdə belə çətinliklə üzləşə bilərlər. Buna səbəb onların son qarşılaşmada Almaniya “Ştutqart”ı ilə oyunudu.
“Lokomotiv” isə ilk matçdakı qələbənin təsadüfi olmadığını sübuta yetirməyə çalışacaq. Həmçinin, yeni baş məşqçi Karlo Parisinin rəhbərliyi altında Çempionlar Liqasında ilk matçına çıxacaq paytaxt klubu bunu 3 xalla qeyd etmək arzusundadı. Komandalarımızın xal itirməsi isə “Ştutqart”ın işinə yaraya bilər. Artıq pley-offa vəsiqəni təmin edən Kazan “Dinamo”su ilə oynayacaq almanlar “Lokomotiv”lə matçdakı kimi sensasiyaya imza atsalar, son turda “Azərreyl”i də məğlub etməklə ruslara qoşula bilərlər.
“Azərreyl” və “Lokomotiv”lə müqayisədə “Telekom”un işi daha çətindi. Gənclərlə oynayan komanda demək olar ki, pley-off şansını itirib. Zoran Qayiçin yetirmələrinin əsas məqsədi CEV kubokuna vəsiqə qazanmaqdı. Bunun üçün isə onlar növbəti mərhələdə iştirak hüququ qazanan “Fənərbaxça”dan ən azı bir xal almağa çalışacaqlar. Türkiyədə ilk 2 hissədə qalib gəldikdən sonra məğlubiyyətə üzülən komandanın revanş alması da istisna deyil. Belə olan halda son turda “İmpel”lə matç da komandamız üçün vacib əhəmiyyət daşıyacaq.
Çempionlar Liqası
V tur
19 yanvar
A qrupu
18:00. “Azərreyl” (Azərbaycan) – “Lokomotiv” (Azərbaycan)
Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Aleksandr Vinaliyev (Bolqarıstan)
Bakı, “Azərreyl” İdman Bazası
1 |
Dinamo |
4 |
4 |
0 |
12-2 |
344-282 |
12 |
2 |
Lokomotiv |
4 |
2 |
2 |
8-7 |
350-324 |
6 |
3 |
Azərreyl |
4 |
1 |
3 |
5-9 |
289-327 |
3 |
4 |
Ştutqart |
4 |
1 |
3 |
3-10 |
263-313 |
3 |
21 yanvar
A qrupu
17:00. “Telekom” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Silvian Lungu (Rumıniya)
Bakı, “Sərhədçi” İdman Olimpiya Mərkəzi
1 |
Fənərbaxça |
4 |
4 |
0 |
12-3 |
354-277 |
11 |
2 |
Dresdner |
4 |
3 |
1 |
10-7 |
368-357 |
7 |
3 |
İmpel |
4 |
1 |
3 |
5-9 |
288-316 |
4 |
4 |
Telekom |
4 |
0 |
4 |
4-12 |
302-362 |
2 |