[b]Azərbaycan çempionu ilə vidalaşdı - FOTO[/b]
27.09.2016 - 14:30
[b]Azərbaycan çempionu ilə vidalaşdı - FOTO[/b]

“Azərreyl”dən daha bir voleybolçunun ayrılması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Seneqal yığmasının hücumçusu Fatu Diukun da yeni mövsümdə Azərbaycan çempionatının heyətində olmayacağı dəqiqləşib.

 

Ötən mövsüm Bakı klubuna transfer edilən 31 yaşlı hücumçu bu dəfə Tailanda üz tutub. O, ölkəsinin gümüş medalçısı “Supreme” ilə müqavilə bağlayıb. Diuk ən azı bir il bu komandanın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Fatudan öncə “Azərreyl”lə Cessika Cons (Susan), Madison Kinqdon (hər ikisi ABŞ), Natalia Valentin (Puerto-Rika), Nutsara Tomkom, Vanna Buakeva (hər ikisi Tailand) və Odina Bayramova (Azərbaycan) da vidalaşmışdı.

0