[b]Bakı klubunu avrokubokdan kənarlaşdırdılar[/b]
13.02.2017 - 09:30
Qadın həndbolçular arasında “Çelenc Cup” turnirındə 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk görüşdə 23:33 hesabı ilə uduzan Bakının ABU klubu ikinci qarşılaşmada da məğlubiyyətə üzülüb.
Polşanın “Kram Start Elblag” komandası Rəfiqə Şabanovanın yetirmələrinə bu dəfə 32:24 hesabı ilə qalib gəlib. Bununla, ABU avrokuboklarla vidalaşıb.
Qeyd edək ki, Bakı təmsilçisi hər 2 matçı səfərdə oynayıb.
0
0