[b]Bakı klubunun oyununu serbiyalılar idarə edəcək[/b]
27.01.2017 - 13:49
[b]Bakı klubunun oyununu serbiyalılar idarə edəcək[/b]

Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinə təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, avrokuboklardakı yeganə Azərbaycan təmsilçisi ABU-nun qarşılaşmalarını idarə edəcək hakimlər də müəyyənləşib.

 

Təmsilçimizin Polşa “Kram Start Elblaq” ilə fevralın 10-da keçiriləcək oyununda serbiyalılar söz sahibi olacaq. Matçda Marko Sekuliç əsas, Vladimir Yovandiç köməkçi hakim olacaq. Ertəsi baş tutacaq cavab oyununu da eyni referilər idarə edəcək. Hər iki qarşılaşmanın EHF nümayəndəsi rusiyalı Lyudmila Bodnyeva olacaq.

 

Qeyd edək ki, qarşılıqlı razılığa əsasən hər iki oyun Polşada keçiriləcək. Lakin ilk oyunda nominal meydan sahibi yeni mövsümdən “Azəryol” kimi çıxış edəcək bakılılar olacaq.