Basketbol üzrə kişilərin Azərbaycan çempionatında yeni mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, 7 komandanın çıxış etdiyi yarışda ilk turun qarşılaşmaları baş tutub.
“Marşallar”ın istirahət etdiyi turda NTD BK, AzDNSU və "Dərviş" qələbə qazanıb.
Qeyd edək ki, daima qeyri-adi qərarları ilə diqqət çəkən federasiya son anda “Veteranlar” komandasının adının “Marşallar” olduğunu açıqlayıb. Halbuki, yarışın startı ərəfəsində bu komanda “Veteranlar” kimi təqdim olunmuşdu.
Basketbol, kişilər
Azərbaycan çempionatı
I tur
12 noyabr
NTD BK - "Araz" – 100:68
NTD U16 – AzDNSU – 54:75
"80-lər" - "Dərviş" – 77:79