[b]Belçikalılar Azərbaycan klubu üçün 19 oyunçu sifariş etdi[/b]
02.11.2016 - 10:13
[b]Belçikalılar Azərbaycan klubu üçün 19 oyunçu sifariş etdi[/b]

Belçikanın “Femine Vize” həndbol klubu heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”ın III təsnifat mərhələsində Azərbaycanın ABU klubu ilə qarşılaşacaq komanda 19 oyunçu sifariş edib.

 

Klubda cəmi 4 legioner var ki, onlar da Hollandiya və Fransadandı. Son mövsümdə Belçika çempionatının gümüş medalını qazanan Linde Panisin rəhbərlik etdiyi komandanın heyəti belədi: Boons Fyen, Brihe Lauran, Dubuç Koralin, Hoq Aliks, Jolli Maud, Leonaers Kristin, Loureyro Laura, Martin Laura, Masrouki Monia, Masrouki Sabrin, Miçel Laura, Periç Tamara, Raj Maurin, Radermeker Selin, Tilquin Kamill (hamısı Belçika), Van den Boorn Kim, Viynen Linn (hər ikisi Hollandiya), Bouçard Sesil, Friri Margot (hər ikisi Fransa).

 

Qeyd edək ki, ABU “Femine Vize” ilə hər 2 matçı Bakıda keçirəcək. Qarşılaşmalar noyabrın 12-də və 13-də olacaq.