[b]Çempiondan uğursuz çıxış: 4 oyunda 3 məğlubiyyət[/b]
09.10.2016 - 20:22
[b]Çempiondan uğursuz çıxış: 4 oyunda 3 məğlubiyyət[/b]

Bursada yerli bələdiyyənin təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Cengiz Göllü turnirində çıxış edən “Azərreyl” yarışı uğursuzluqla başa vurub. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” sonuncu matçda da qələbəyə həsrət qalıblar.

 

Turnir boyunca “Bursa Böyükşəhər Bələdiyyəspor”la “Maritza”ya məğlub olub, “Proton”a qalib gələn ölkə çempionumuz sonuncu oyunda da uduzub.

 

“Dəmiryolçular” “Olimpiakos”la görüşdən boynubükük ayrılıb. Təmsilçimiz rəqibinə ciddi müqavimət göstərsə də, yekunda 2:3 hesablı məğlubiyyətə üzülüb.

 

Maraqlıdı ki, matç məhz “Azərreyl”in üstünlüyü ilə başlayıb. İlk iki setdə qəlbə qazanan çempion sonradan ardıcıl üç dəfə məyus olub - 25:21, 25:23, 21:25, 23:25, 6:15.

0