[b]Çempionlar Liqası sensasiyasız başladı[/b]
19.10.2016 - 09:20
[b]Çempionlar Liqası sensasiyasız başladı[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2016/2017 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, ilk təsnifat mərhələsində sensasiya baş verməyib.

 

Gözlənildiyi kimi, Bolqarıstan “Maritsa”sı Kosovo “Drita”sını məğlub etməkdə çətinlik çəkməyib. Onlar rəqiblərinə set vermədən qalib gəliblər. Mərhələnin digər cütündə isə “Kohila” (Estoniya) “Luka”nı (Monteneqro) 3:1 hesabı ilə məğlub edib.

 

1-ci təsnifat mərhələsi

“Kohila” (Estoniya) - “Luka” (Monteneqro) – 3:1 (25:15; 22:25; 25:13; 25:21)

“Drita” (Kosovo) - “Maritsa” (Bolqarıstan) – 0:3 (13:25; 11:25; 15:25)

 

Qeyd edək ki, ümumilikdə 30 komandanın qatılacağı Çempionlar Liqasına Bakının “Azərreyl” və “Telekom” klubları qrup mərhələsindən start verəcəklər. Qrup mərhələsinə kimi isə 3 təsnifat mərhələsi olacaq.

0