Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycan klublarının oyunlarını idarə edəcək hakimlər məlum olub. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Bakının “Lokomotiv” komandasını VI tur çərçivəsində Kazan “Dinamo”su ilə görüşə Sotirios Delikostidos (Yunanıstan) çıxaracaq.
Bakıda baş tutacaq matçda köməkçi hakim funksiyasını polşalı Miçnik Aqniejka yerinə yetirəcək.
“Ştutqart” (Almaniya) - “Azərreyl” (Azərbaycan) görüşündə əsas söz sahibi Flipp Şürman (Lixtenşteyn) olacaq. İkinci hakim kimi Saşa Stanisiç (İsveçrə) fit çalacaq.
E qrupunda avrokubok şansını itirən “Telekom”un (Azərbaycan) “İmpel”lə (Polşa) matçında isə ədaləti Vlastimil Kovarla (Çexiya) David Qril (Sloveniya) qoruyacaqlar.
Qeyd edək ki, qrup mərhələsinin son turu olduğu üçün bütün oyunlar yanvarın 27-də olacaq.
- CEV-in İdarə Heyətinin ilk iclası keçirilib
- Azərbaycan çempionatı: I dövrənin cütləri müəyyənləşib
- Voleybol üzrə ölkə kubokunun 2024/25 mövsümünün püşkü atılıb
- Şahin Bağırov: "Çimərlik voleybolunun inkişafını prioritet məsələ kimi qarşımıza qoymuşuq"
- "Misli"dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalandı