[b]Dünya çempionatı 4 ölkədə[/b]
16.02.2017 - 15:19
Dünya çempionatında iştirak edəcək komandaların sayını 48-ə qaldıran FİFA təşkilatçı ölkələri də artırmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, DÇ-2026-nın final mərhələsi 3-4 ölkədə baş tuta bilər.
Bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb. O bildirib ki, mundial qəbul edəcək 3-4 ölkənin hərəsində 4-5 stadionun olması yetərlidi.
Qeyd edək ki, indiyədək dünya çempionatları ən çoxu 2 ölkənin təşkilatçılığı ilə keçirilib.
0
0