[b]Famil Ağayevin qələbə şərhi, Culio Breqolinin etirafı[/b]
10.02.2017 - 09:43
[b]Famil Ağayevin qələbə şərhi, Culio Breqolinin etirafı[/b]

“Oyunun bizim üçün nisbətən asan keçdiyini düşünürəm”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Famil Ağayev deyib.

 

Çempionlar Liqasında IV turun oyunları keçirilib. Bakıda Fransa çempionunu “Sen-Rafael”i qəbul edən “dəmiryolçular” rəqiblərini darmadağınla (3:0) yola salıb. Ağayev bildirib ki, yalnız startda bir qədər çətin olub: “İlk set gərginliklə yadda qalsa belə, öz oyunumuzu tapa bildik. Nəticədə üç xalı aktivimizə yazdırdıq”.

 

Voleybol Federasiyasının feysbuk səhifəsinə danışan “Sen-Rafael”in baş məşqçisi Culio Breqoli isə kobud səhvlərin qurbanı olduqlarını açıqlayıb: “Çətin oyun oldu, qəbulda kobud səhvlərə yol verdik. Oyunumuz alınmırdı. Rəqib bizdən güclü idi”.