[b]Həndbol Federasiyası qərarını dəyişdi[/b]
13.02.2017 - 13:02
[b]Həndbol Federasiyası qərarını dəyişdi[/b]

Qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatlarının başlama tarixində dəyişiklik edilib. Həndbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, uzun fasilədən sonra gərgin mübarizə vəd edən yarış fevralın 16-da start götürəcək.

 

Belə ki, qurum öncə çempionatın fevralın 17-də keçirilməsini açıqlasa da, qeyri-müəyyən səbəbə görə tarixi dəyişib. Qərara alınıb ki, fevralın 16-da start götürəcək yarış ayın 19-da başa çatdırılsın.

 

Çempionatın açılış mərasimi isə ilk turun oynanılacağı gün saat 13:30-da olacaq.

 

Qeyd edək ki, birincilikdə “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar.