Azərbaycan Həndbol Federasiyası (AHF) yığma komandaları formalaşdırmağa başlayıb. Apasport.az saytının məlumatına görə, AHF rəhbərliyi artıq milliləşdirmək üçün bir neçə ölkədən oyunçuları Bakıya toplayıb.
IV İslam Həmrəyliyi Oyunlarında qarşılarına ciddi məqsədlər qoyulan federasiya bununla komandaları çətin vəziyyətdən çıxarmağı hədəfləyib. Belə ki, ölkədə bir müddət idmanın bu növü baxımsız qaldığından aşağı yaş qruplarında yeni istedadlar üzə çıxmırdı. Düzdü, qadınlardan ibarət millimiz tam dağılmamışdı. Amma onlar da son dünya çempionatlarının seçmə mərhələsinə qatılmadı. Kişilərdə isə vəziyyət tam fərqli idi. Komandanın aparıcı üzvləri belə düşərgədən ayrı düşmüşdülər. Bütün bu problemləri aradan qaldırmağa çalışan AHF artıq ilk addımlarını atmağa başlayıb.
Onlar arasında 2 serb, ukraynalı və rusiyalı var. Sadəcə, əcnəbilərlə bağlı yekun qərarı baş məşqçi Hikmət Abdullayevin rəyinə əsasən federasiya verəcək. Çünki onlarla bağlanacaq müqavilədə maliyyə şərtləri də əsasdı.
Hazırda Rusiyada beynəlxalq turnirdə olan qadınlardan ibarət yığmamızın çalışdırıcısı Giorgi Voronovun da bir neçə oyunçuya “elçi” düşdüyü bildirilir. Lakin onların bütün mövqelərdə yaşlı oyunçuları olduğundan “transfer”in kişilərdəki kimi çox olacağı gözlənilmir.