[b]İldə bir dəfə peyda olan Azərbaycan klubunun “Şuler” planı [/b]
22.10.2015 - 09:19
[b]İldə bir dəfə peyda olan Azərbaycan klubunun “Şuler” planı [/b]

Qadın həndbolçular arasında “Çelenc Cup”ın III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq ABU klubu heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, avrokubokdan-avrokuboka peyda olan Bakı təmsilçisi 2015/2016 mövsümünə də 19 idmançı ilə başlayacaq.

 

Lakin ötən illə müqayisədə komandanın heyətində bir sıra dəyişikliklər baş verib. Belə ki, baş məşqçi Konstantin Ruvinski Hollandiyanın “Şuler” klubu ilə qarşılaşmalarda yeni həndbolçulara da şans verəcək. Səbinə Mustafayeva, Olqa Poqonina, Hülya Poladova və Elnarə Rudenkodan imtina edən mütəxəssis onları Alyona Barbakadze, Anna Həmidova, Azaliya Həsənova və Anastasiya Metelska ilə əvəzləyib.

 

Ruvinski noyabrın 20-də və 21-də Emmen şəhərinin Emmer-Kompaskuum qəsəbəsinin “De Klabbe” Kompleksində keçirəcək qarşılaşmalarda bu “dördlüklə” yanaşı, köhnə heyətdən Marta Abbasova, Günel Əliyeva, İrina Qasımova, Yana Qornak, Anna Cəfərova, Vəfa Məmmədova, Mədinə Musayeva, Səkinə Musayeva, Səbinə Nuriyeva, Oksana Orexova, Ülviyyə Şərifova, Səbinə Smaqina, İnarə Yusubova, Səbinə Deqtiaryeva və Aynur Kalmıkovaya güvənəcək.

 

Bu oyunçulardan Orexova rusiyalı, Metelska ukraynalı olduğu halda, digərləri Azərbaycan millisinin üzvləridi. 

0