Qadın voleybolçulardan ibarət İspaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Saurin Paskual Avropa Liqası üçün 24 oyunçuya dəvət göndərib.
O bildirib ki, bütün mövqelərdə ciddi rəqabət getdiyindən yekun heyət son anda dəqiqləşəcək.
Toppaylayıcılar: Xose Korral Bouza, Mariya Alvares, Danira Kosta, Kristina Peres, Mariya Fiqueroa, Raquel Lazaro
Blokçular: Mariya Priscila, Marta Korrea, Mabel Qarsiya, Karmen Unzue, Milaqros Kollar, Anna Qrima
Hücumçular: Cessika Rivero, Sara Manzano, Amelya Pertero, Raquel Brun, Elya Qonsales, Ana Eskamilla, Mari Sequra, Qara Folqueria, Aleyandra Olalla
Liberolar: Patrisiya Rodriques, Alba Sançes, Patrisiya Llabres
Qeyd edək ki, İspaniya Azərbaycan, Fransa və Monteneqro ilə B qrupunda yer alıb.