[b]Millimiz Belarusda Ukrayna ilə oynayacaq[/b]
22.11.2017 - 11:07
[b]Millimiz Belarusda Ukrayna ilə oynayacaq[/b]

Belarusun paytaxtı Minskdə 18 yaşadək oğlanlar arasında Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, noyabrın 24-26-da təşkil olunacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.

 

Yığmamızın çempionata qatılması son anda dəqiqləşib. Voleybolçularımız turnirdə Litvanı əvəzləyiblər.

 

Yarışa isə yığmamızla yanaşı, ev sahibləri, Rusiya, Ukrayna, Estoniya və Latviya milliləri qatılacaqlar. Komandamız noyabrın 24-də və 26-da 2, 25-də 1 oyun keçirəcək.

 

 

24 noyabr

11:00. Estoniya - Ukrayna

13:00. Belarus - Azərbaycan

15:00. Latviya - Rusiya

17:00. Estoniya - Azərbaycan

19:00. Latviya - Belarus

 

25 noyabr

11:00. Azərbaycan - Rusiya

13:00. Belarus - Estoniya

15:00. Ukrayna - Latviya

17:00. Rusiya - Estoniya

19:00. Ukrayna - Belarus

 

26 noyabr

11:00. Latviya - Azərbaycan

13:00. Rusiya - Ukrayna

15:00. Estoniya - Latviya

17:00. Azərbaycan - Ukrayna

19:00. Belarus - Rusiya