Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su “Dördlər finalı”na gedən yolda İtaliya “Konegliano”sunu qəbul edib.
Gərgin keçən görüş Rusiya təmsilçisinin çətin qələbəsi ilə yekunlaşıb. Kazanlılar tay-brekdə rəqiblərini üstələyiblər - 3:2 (25:15, 21:25, 20:25, 25:17, 15:13).
Lakin Məmmədovanın 9 xalla fayda verdiyi qələbə “Dinamo”nun mübarizəni davam etdirməsinə kömək olmayıb. Tatarıstan təmsilçisi səfərdə 0:3 hesabı ilə uduzduğundan “Konegliano” “Dördlər finalı”nda iştirak hüququ qazanıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq