[b]Polinanın 19 xalı “Toyota”nı xilas etmədi[/b]
12.11.2016 - 16:01
[b]Polinanın 19 xalı “Toyota”nı xilas etmədi[/b]

Qadın voleybolçular arasında Yaponiya çempionatında IV turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” NEK-in qonağı olub.

 

İlk 3 turda 3 xal toplayan “avtomobilçilər” bu dəfə də məğlubiyyətdən qaça bilməyiblər – 0:3 (19:25, 26:28, 16:25).

 

Polina görüşdə komandasına 19 xal qazandırıb. O, bu xallardan 17-sini hücumda, 1-ni blokda, 1-ni isə eyslə qazanıb. Bu məğlubiyyətdən sonra aktivində 3 xal olan “Toyota” yenə sonuncu – 8-ci pillədə qalıb.

 

Qeyd edək ki, “Toyota” növbəti turda “Toray”ın qonağı olacaq.