İtaliya A seriyasında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “Telekom”un rəqibi də gücünü yoxlayıb.
Bakı klubu ilə üz-üzə gələcək “Konegliano” (İtaliya) növbəti qələbəsini qazanıb. Onlar “Novara” ilə matçda 0:2 hesabı ilə geridə olsalar da, tay-brekdə seviniblər – 3:2 (15:25, 19:25, 25:18, 33:31, 15:12).
Bu qələbə “Konegliano”nu turnir cədvəlində 5-ci pillədə qalması ilə nəticələnib.
“Telekom”un İtaliyadan olan digər rəqibi “Modena” isə Çempionlar Liqasının təsnifat mərhələsi səbəbindən oynamayıb. Cəmi 4 matç keçirən komanda 6 xalla 8-cidi.