Basketbol üzrə Azərbaycan çempionatının X turunun təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşıdakı turun görüşləri yanvarın 28-də keçiriləcək.
Hövsan Olimpiya İdman Kompleksindəki ilk matçda “80-lər” NTD ilə üz-üzə gələcək. Oyun saat 12:00-da başlayacaq.
Saat 13:30-da “Dərviş”lə "Marşallar" görüşəcək. Günün son qarşılaşmasında isə AzDNSU "Araz"la münasibətlərini aydınlaşdıracaq. Oyun saat 15:00-da start götürəcək. NTD U16 isə bu turda istirahət edəcək.
Qeyd edək ki, IX turda NTD AzDNSU-nu 112:34, “80-lər” "Marşallar"ı 68:59, "Dərviş" "Araz"ı 89:50 hesabı ilə məğlub edib.
|
Komandalar |
O |
Q |
M |
X |
|
"Dərviş |
8 |
7 |
1 |
15 |
|
NTD BK" |
8 |
7 |
1 |
15 |
|
"80-lər" |
7 |
5 |
2 |
12 |
|
"Marşallar" |
7 |
3 |
4 |
10 |
|
AzDNSU |
8 |
2 |
6 |
10 |
|
NTD U16 |
6 |
2 |
4 |
8 |
|
"Araz" |
8 |
- |
8 |
7 |