[b]Yığmamızın hücumçusu qələbəni ehtiyatdan seyr etdi[/b]
29.01.2018 - 09:39
Qadın voleybolçular arasında İtaliya A seriyasında XVII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Pesaro”nu qəbul edib.
Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. A seriyasında hələlik 1 matçda meydana çıxan Səmədova bu dəfə də ehtiyatda qalıb.
Qeyd edək ki, “Skandiççi” bu qələbədən sonra 3-cü pillədəki yerini qoruyub. Onların aktivində 39 xalı var.
0
0