Aleksandr Çervyakov məğlubiyyətin səbəbini açıqladı
02.10.2014 - 08:58
“İlk 2 setə çox pislərlə başladıq. Səhvlər etdik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Çervyakov deyib.
O, dünya çempionatının II mərhələsinin ilk turunda İtaliyaya 1:3 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Üçüncü və dördüncü hissələrdə özümüzə gəldik. Bu anlarda yaxşı oyunumuzu göstərə bildik. Təəssüf ki, son hissənin həlledici anında yenə səhvlərə yol verdik və məğlubiyyətə üzüldük”.
0
0