Andre Meyer Vüqar Cəfərovun ailəsinə başsağlığı verdi
03.03.2014 - 12:40
Andre Meyer Vüqar Cəfərovun ailəsinə başsağlığı verdi
Martın 15-16-da Bakıda keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na hazırlıqla bağlı mətbuat konfransı 1 dəqiqəlik sükutla başlayıb. Apasport.az saytının məlumatına görə, bu gün “Bakı Kristal Hall”da reallaşan tədbirdə dünyasını dəyişən beynəlxalq dərəcəli voleybol hakimi Vüqar Cəfərov anılıb.

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer mərhumun ailəsinə başsağlığı verib. O, bildirib ki, Vüqar Cəfərov çox gözəl hakim, dəyərli insan idi.

Qeyd edək ki, Vüqar Cəfərov dünən ağır xəstəlikdən vəfat edib.
 
0