[b]"Azəryol" ikinci pilləni ələ keçirdi, “Lokomotiv” işini çətinə saldı[/b] - YENİLƏNİB
28.03.2014 - 20:20
[b]"Azəryol" ikinci pilləni ələ keçirdi, “Lokomotiv” işini çətinə saldı[/b] - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində təşkil olunan tura “Telekom” – “Azərreyl” matçı ilə start verilib.

 

Qarşılaşma Aleksandr Çervyakovun yetirmələrinin qələbəsi ilə yekunlaşıb. Belə ki, “Telekom” ilk 2 setdə məğlubiyyətdən sonra fərqi azaltsa da, bundan artığına gücü çatmayıb. “Dəmiryolçular” isə qələbə sayəsində pley-offa doğru daha bir inamlı addım atıblar.  

 

Ardınca “Rabitə” – “Lokomotiv” görüşü start götürüb. Bu mövsüm uğursuzluqla yadda qalan “dəmiryolçular” “Rabitə”yə 0:3 hesabı ilə uduzub.

 

Günə gümüş mükafatçılar - “Azəryol” - “İqtisadçı” qarşılaşması ilə yekun vurulub. Görüş "Azəryol"un 3:1 hesablı qələbəsi ilı başa çatıb. 

 

XIV tur

28 mart

“Azəryol” – “İqtisadçı” - 3:1 (25:21; 20:25; 25:21; 25:23)

İlk oyun: “Azəryol” – “İqtisadçı” – 3:2 (25:19, 25:19, 23:25, 13:25, 16:14) 

İkinci oyun: “İqtisadçı” – “Azəryol” - 0:3  (23:25; 24:26; 20:25)


 

“Telekom” - “Azərreyl” - 1:3  (20:25; 21:25; 25:21; 18:25)

İlk oyun: “Telekom” – “Azərreyl” - 0:3 (22:25; 23:25; 22:25)

İkinci oyun: “Azərreyl” – “Telekom” - 3:1  (24:26; 25:21; 25:22; 25:18)



 

“Rabitə” – “Lokomotiv” - 3:0  (25:21; 25:18; 25:20)

İlk oyun: “Rabitə” – “Lokomotiv” - 3:0 (25:13, 25:13, 25:20)

İkinci oyun: “Lokomotiv” – “Rabitə” - 1:3  (21:25; 12:25; 25:22; 22:25)

 

1

Rabitə

12

11

1

34-7

1000-811

32

2

Azəryol

13

11

2

34-21

1236-1163

28

3

İqtisadçı

14

8

6

31-26

1272-1214

25

4

Azərreyl

14

5

9

24-32

1203-1261

18

5

Lokomotiv

14

3

11

22-33

1160-1254

14

6

Telekom

13

1

12

12-38

1009-1177

3

0