Azərbaycan millisi üçün Ebru
21.05.2014 - 08:25
Azərbaycan millisi üçün Ebru

Qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsini idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı D qrupunun oyunlarına 4 ölkədən eyni sayda ədalət təmsilçisi təyinat alıb.

Belə ki, Faiq Qarayevin komandası ilə yanaşı, ilk dövrəyə ev sahibliyi edəcək Bolqarıstan, Portuqaliya və Yunanıstan yığmalarının görüşləri Aleksnadr Pavlov (Rusiya), Rudina Omari (Albaniya), Boyan Bardiç (Xorvatiya) və Ebru Kayaya (Türkiyə) tapşırılıb. Onlar Sofiyada baş tutacaq 6 matçda bir-birini əvəzləyərək, görüşləri idarə edəcəklər.

Qeyd edək ki, oyunlar mayın 22-24-də olacaq.