[b]Azərbaycan yığması “Ridinq”də işləyən məşqçiyə tapşırıldı[/b]
30.10.2015 - 11:52
[b]Azərbaycan yığması “Ridinq”də işləyən məşqçiyə tapşırıldı[/b]

Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin iclası keçirilib. ABF-dən apasport.az saytına verilən məlumata görə, yığıncaqda aşağı yaş qrupu üzrə oğlanlardan ibarət millilərimizin baş məşqçiləri təsdiqlənib.

 

Belə ki, 18 yaşadək yığmamız təcrübəli basketbolçumuz Tahir Baxşıyevə həvalə edilib. U-16 komandamızı da kifayət qədər güclü mütəxəssis çalışdıracaq. ABF-in qərarına əsasən, yığma İngiltərənin “Ridinq” klubunda işləmiş Samit Nuruzadəyə tapşırılıb. U-14 yığmamız isə əsas komandamızın aparıcı üzvlərindən olan Fuad Niftəliyevin rəhbərliyi altında hazırlıq keçəcək.

 

İclasda, həmçinin ABF-in bəzi rəhbər vəzifələrini icra edəcək şəxslərin adları da açıqlanıb. Qərara əsasən Azər Qədirov Məşqçilər Şurasının, Tofiq Həsənov Hakimlər Komissiyasının və Mehran Həmidzadə isə Nizam-İntizam Komissiyasının sədri təyin olunub. 

0