“Vakıfbank” finalda - YENİLƏNİB
15.03.2014 - 18:05
“Vakıfbank” finalda - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı” start götürüb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən həlledici mərhələnin ilk yarımfinal oyununda Türkiyə klubları görüşüb.

 

“Kristal Hall”da qonşu ölkə təmsilçilərinin derbisində “Vakıfbank” “Əczaçıbaşı”nı sınağa çəkib. Son 3 ildə 2 dəfə kuboku başı üzərinə qaldıran Covanni Quidettinin yetirmələri heç vaxt belə uğur əldə etməyən “Əczaçıbaşı”nın arzusunu yenə gözündə qoyub. Sonuncular yalnız ilk setdə qalib gəlməyi bacarıb.

 

“Vakıfbank” 4 setdə qalib gələrək son 4 ildə 3-cü dəfə finala yüksəlib. Əvvəlki 2 finalda “Rabitə”ni məğlub edən və kuboka yiyələnən türkiyəlilər yenə rəqibini gözləyir.

 

Qeyd edək ki, sabahkı finalda “Vakıfbank”ın rəqibi “Rabitə” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) oyununda müəyyənləşəcək.

  

“Dördlər finalı”, Bakı

15 mart

Yarımfinal

“Vakıfbank” (Türkiyə) – “Əczaçıbaşı” (Türkiyə) - 3:1 (19:25, 25:19, 25:22, 25:17)

 

0