Ukrayna klubu Rusiya çempionatından imtina etdi – ETİRAZ
04.03.2014 - 22:23
Ukrayna klubu Rusiya çempionatından imtina etdi – ETİRAZ

Ukraynanın Xarkov şəhərinin “Lokomotiv” voleybol klubu Rusiya çempionatında iştirakını dayandırıb. Apasport.az saytının məlumatına görə, “Lokomotiv” martın 5-də “Qroznı” ilə oynamalıydı.

 

Klubun rəsmi saytında qərarla bağlı deyilir: “Biz çox böyük üzüntüylə bildiririk ki, voleybol üzrə Rusiyanın Açıq Çempionatında iştirakımızı dayandırırıq. Ukrayna ətrafında cərəyan edən siyasi vəziyyət bizi belə bir çətin qərar qəbul etməyə məcbur edir. Yəqin ki, bizi bu qərarı qəbul etməyə məcbur edən müxtəlif aspektləri sadalamağa ehtiyac yoxdur”.

 

 

0