“Xilasedici”dən yeni transfer
29.07.2025 - 15:56
Kişi voleybolçular ibarət “Xilasedici” komandası heyətini gücləndirməyə başlayıb.
Apasport.az xəbər verir ki, komanda Azərbaycan millisinin toppaylayıcısı Roman Qurskini transfer edib.
O, ötən mövsümü Macarıstan çempionatında “Qrinplan” komandasında keçirib, daha əvvəllər Moskva CSKA-da, 2021/22 mövsümündə isə “Murov”da oynayıb.
Qeyd edək ki, Azərbaycan kubokunun qalibi olan “Xilasedici” yeni mövsümdə avrokuboklarda da mübarizə aparacaq. Klub "Challenge Cup" turnirinə qatılacaq.
Qeyd edək ki, bürünc mükafatçı daha əvvəl heyətini millimizin kapitanı Vüqar Bayramovla gücləndirib.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0